Nazirliyin eks-aparat rəhbəri aparıcılığa qayıtdı - Foto

nazirliyin-eks-aparat-rehberi-apariciliga-qayitdi
Oxunma sayı: 8435

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin keçmiş aparat rəhbəri Elnur Kələntərli jurnalistikaya qayıdıb.

“Qafqazinfo” xəbər verir ki, Elnur Kələntərli AzTv-nin efirində siyasi-analitik proqramın aparıcısı kimi fəaliyyətini davam etdirir.

Qeyd edək ki, o, keçmiş nazir Füzuli Ələkbərovun dövründə, 2012-ci ilin mart ayında nazirliyin aparat rəhbəri vəzifəsinə təyin edilmişdi.

Yeni nazir Səlim Müslümovun əmri ilə isə o, vəzifədən azad edilərək Əjdər Cəbiyevlə əvəzlənib.