Nazirlikdə yeni şura yaradıldı

nazirlikde-yeni-sura-yaradildi
Oxunma sayı: 1397

Azərbaycan Prezidentinin 3 fevral 2016-cı il tarixli "Azərbaycan Respublikasının mərkəzi və yerli icra hakimiyyəti orqanlarında Apellyasiya Şuralarının yaradılması haqqında" Fərmanının icrası olaraq, Energetika Nazirliyində Apellyasiya Şurası yaradılıb.

“Qafqazinfo” xəbər verir ki, energetika nazirinin müavini Gülməmməd Cavadovun rəhbərlik etdiyi və 7 nəfərdən ibarət Apellyasiya Şurasına nazirliyin müvafiq şöbələrinin əməkdaşları daxildir.