Nazirə sualınız var?

nazire-sualiniz-var
Oxunma sayı: 861

Gənclər və idman naziri Azad Rəhimov fevralın 13-də Cəlilabad rayonunda vətəndaşları qəbul edəcək.

Qafqazinfo” xəbər verir ki, qəbulda Lənkəran, Astara, Cəlilabad, Lerik, Masallı, Yardımlı şəhər və rayonlarının sakinləri iştirak edəcəklər.

Qəbul saat 11:00-da Heydər Əliyev Mərkəzində (Cəlilabad şəhəri, Heydər Əliyev prospekti, rayon icra hakimiyyətinin binası ilə üzbəüz) başlayacaq. Qəbula gəlmək istəyən vətəndaşlar Lənkəran (051 505-30-30), Astara (055 789-03-34, 051 432-01-10), Cəlilabad (050 (55) 315-25-25), Lerik (050 568-49-23), Masallı (050 637-44-88, 055 237-44-88) və Yardımlı (050 682-71-23, 070 317-40-04) şəhər və rayonların gənclər və idman idarələri ilə əlaqə saxlamalıdırlar.