Nazir vaxtı dəyişdi

nazir-vaxti-deyisdi
Oxunma sayı: 1904

Əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümovun Tərtərdə keçirəcəyi vətəndaş qəbulunun vaxtı dəyişdirilib.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən “Qafqazinfo”ya verilən məlumata görə, qəbul gününün tarixi dəyişdirilərək, sentyabrın 23-dən sentyabrın 22-nə keçirilib.

S.Müslümov həmin gün saat 10:00-da Tərtər rayonunda Gənclər mərkəzində bu rayonun və Ağdam, Bərdə, Ağcabədi, Laçın rayonlarının sakinlərini fərdi qaydada qəbul edəcək.

Vətəndaşlar nazirliyin [email protected] elektron poçt ünvanı və ya (020) 205-41-19 telefon nömrəsi ilə əlaqə saxlayaraq qəbula yazıla bilərlər.

Qəbul zamanı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin səlahiyyət dairəsinə aid məsələlərlə bağlı müraciətlərin araşdırılaraq cavablandırılması və aidiyyəti üzrə tədbirlərin görülməsi təmin olunacaq.