Nazir Türkiyədə Xocalıdan danışdı

nazir-turkiyede-xocalidan-danisdi
Oxunma sayı: 682

Fevralın 22-də Türkiyənin paytaxtı Ankara şəhərində Xocalı soyqırımının 25-ci ildönümünə həsr olunmuş “Xocalı soyqırımı, insanlıq əleyhinə cinayətlər və terrorizm” adlı beynəlxalq konfrans öz işinə başlayıb.

"Qafqazinfo" nazirliyə istinadən xəbər verir ki, konfrans Türk Şurası və Hoca Ahmet Yesevi Beynəlxalq Türk-Qazax Universiteti tərəfindən təşkil olunub.

Mikayıl Cabbarov çıxışı zamanı Xocalıda ermənilər tərəfindən törədilmiş kütləvi qırğın, Azərbaycana qarşı həyata keçirilmiş cinayət və təcavüz, onun nəticələri haqqında məlumat verib, bu soyqırımın xalqımıza qarşı aparılan təcavüz, işğal və etnik təmizləmə siyasətinin aydın nümayişi olduğunu vurğulayıb. Təhsil naziri Xocalı həqiqətlərinin dünyaya çatdırılmasına, tarixi ədalətin bərpa edilməsinə və cinayətkarların ifşa olunmasına nail olmaqda təhsilin xüsusi rolunu qeyd edib, çıxışını Xocalıda və Azərbaycanın müstəqilliyi uğrunda həyatlarını itirmiş şəhidlərimizə rəhmət diləyərək yekunlaşdırıb.