Nazir Fazil Məmmədovun səhhəti ilə bağlı - Rəsmi açıqlama

nazir-fazil-memmedovun-sehheti-ile-bagli
Oxunma sayı: 11660

Xəbər verdiyimiz kimi, Vergilər naziri Fazil Məmmədov səhhətində yaranmış problemlə əlaqədar dünən keçirilən referendumda səsvermə məntəqəsinə gedə bilməyib.

Vergilər Nazirliyinin analitik-informasiya şöbəsindən “Qafqazinfo”ya bildirilib ki, Fazil Məmmədov hazırda iş başındadır. Şöbədən əlavə edilib ki, nazirin səhhəti qaydasındadır.

Xatırladaq ki, Report.az-ın yaydığı xəbərə görə, dünən səs vermək üçün 29 saylı Səbayil seçki dairəsinin 15 saylı məntəqəsindən F.Məmmədova bülleten və səsvermə qutusu göndərilib.