Nazir Emil Usubovu idarə rəisi təyin etdi

nazir-emil-usubovu-idare-reisi-teyin-etdi
Oxunma sayı: 23184

Daxili işlər naziri Ramil Usubovun əmri ilə İstintaq və Təhqiqat İdarəsinin rəis müavini polkovnik Emil Usubov İstintaq və Təhqiqat İdarəsinin rəisi təyin olunub.

Qafqazinfo” SalamNews-a istinadən xəbər verir ki, Emil Usubov Ramil Usubovun böyük oğludur.

Xatırladaq ki, bir neçə gün öncə DİN-in Baş İstintaq və Təhqiqat İdarəsinin rəisi, polis general-mayoru Sərvər Mehrəliyev xidmətdə olmanın son yaş həddi ilə əlaqədar təqaüdə göndərilib.