Namizədlərin sayı 7-ə çatdı - Ağdaş seçkiləri

namizedlerin-sayi-7-e-catdi-
Oxunma sayı: 1190

90 saylı Ağdaş seçki dairəsi üzrə Milli Məclisə təkrar seçkilərdə qeydə alınan namizədlərin sayı 7-ə çatıb.

Qafqazinfo”nun Trend-ə istinadən məlumatına görə, bunu Mərkəzi Seçki Komissiyasının iclasında qurumun sədri Məzahir Pənahov deyib.

Onun sözlərinə görə, qeydə alınan namizədlərin 2-si siyasi partiyaların nümayəndəsi, 5-i isə bitərəf namizəddir.

Qeyd edək ki, təkrar seçkilərdə 14 nəfər namizədliyini irəli sürüb. 14 nəfərin hər birinin namizədliyi təsdiq olunub və onlara imza vərəqələri verilib. 11 nəfər imza vərəqələrini geri qaytarıb.