Nalbadyan Moskvaya gedir

nalbadyan-moskvaya-gedir
Oxunma sayı: 745

Ermənistan xarici işlər naziri Edvard Nalbandyan fevralın 21-22-də  Moskvaya səfər edəcək.

Qafqazinfo” “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə Ermənistan XİN-in mətbuat xidməti  məlumat yayıb.

Səfər Rusiya XİN rəhbəri Sergey Lavrovun dəvəti çərçivəsində gerçəkləşəcək.

Tərəflərin görüşdə qarşılıqlı əməkdaşlıq, aktual regional və beynəlxalq məsələləri müzakirə edəcəklər.

Mətbuat xidmətinin məlumatında Ermənistan və Rusiya xarici işlər nazirləri həmçinin Dağlıq Qarabağ münaqişənin həlli prosesində irəliləyişə nail olmaq üçün Vyana və Sankt-Peterburq sammitlərində əldə olunmuş razılaşmaların həyata keçirilməsi istiqamətində atılan addımlar ətrafında fikir mübadiləsi aparacaqları qeyd edilib.