Müxalifətin divanı başladı

muxalifetin-divani-basladi
Oxunma sayı: 667

“Qafqazinfo”nun məlumatına görə, bu gün saat 10.00-da Səbail Rayon Məhkəməsində hakim Elnur Həsənovun sədrliyi ilə iş üzrə hazırlıq iclası keçirilir. Media mənsubları məhkəməyə buraxılmayıb. Vəkil Əsabəli Mustafayevin sözlərinə görə, proseslər açıq keçirilsə, cəmiyyət bu məhkəmənin şou olduğunu, təqsirləndirilən şəxslərə qarşı irəli sürülən ittihamların qondarma olduğunu görəcək: “Bu həbslər siyasi sifariş olduğundan istintaqın da, məhkəmənin də nəticəsini proqnozlaşdırmaq çətindir. Hər an qərarlarını dəyişə bilərlər. Amma hazırkı iş materialları və sübutlarla bu şəxslərin təqsirli olduğunu isbat edə bilməzlər. Onlar özləri də bilirlər ki, ittihamlar saxtadır. Məhkəmənin bu adamlara bəraət verməyə gücü çatmayacaqsa, heç olmasa şərti cəza versin. Biz birinci növbədə ona çalışırıq ki, məhkəmə prosesi açıq keçirilsin. Mətbuat, beynəlxalq təşkilatlar prosesdə iştirak edə bilsinlər. Onlar isə çalışacaqlar ki, məhkəmə zalında maksimum az adam iştirak etsin. İstəsələr, zala 40 nəfər də yerləşdirə bilərlər. Amma mülki geyimli adamları, nəzarətçiləri yığacaqlar ki, yerlər tutulsun. Bəlkə oturacaqların bəzilərini də götürəcəklər ki, yerlərin sayı azalsın. Bunu keçmiş təcrübədən çıxış edərək deyirəm”.