“Müxalifət nəğmə oxuyur” - Açıqlama

muxalifet-negme-oxuyur-aciqlama
Oxunma sayı: 720

Bunu “Qafqazinfo”ya açıqlamasında 6 müxalifət partiyasının iyulun 9-da keçirilən görüşünə münasibət bildirən Yeni Azərbaycan Partiyasının mətbuat xidmətinin rəhbəri Hüseyn Paşayev deyib. Onun sözlərinə görə, müxalifətin hakimiyyətin qarşısına qoyduğu islahat və digər tələblər köhnəlmiş valın eyni musiqini oxumağı kimidir: “Azərbaycan inkişaf tempinə görə dünyada liderlik edən ölkələrdən biridir. Hazırda ölkəmizdə hər sahədə güclü islahatlar keçirilir”.

H. Paşayev müxalifətin birləşmə cəhdlərinə münasibət bildirərək isə deyib ki, artıq 20 ilə yaxındır ki, onların birləşməyini ayrılmağını müşahidə edirlər: “Bir neçə nəfər özünü müxalifət adlandırır, lakin onların heç bir sosial bazası yoxdur. Müxalifətin addımları siyasi hadisə deyil, sadəcə şoudur”.

Fatimə Kərimli