Müsavatda referendum hazırlığı

musavatda-referendum-hazirligi
Oxunma sayı: 1689

Bu gün Müsavat Partiyası Divanının növbəti iclası keçirilib.

Qafqazinfo”ya daxil olan məlumata görə, divanda Konstitusiyaya təklif edilən əlavə və dəyişikliklərlə bağlı müsbət rəyin verilməsinin mümkünsüzlüyü barədə Konstitusiya Məhkəməsinə Müsavat Partiyası tərəfindən göndərilən müraciət müsbət qiymətləndirilib.

İclasda bu gün Konstitusiya Məhkəməsinin Konstitusiyaya təklif edilən əlavə və dəyişikliklərin Azərbaycan Respulikasının Konstitusiyasına, beynəlxalq Konvensiyalara, ölkənin könüllü olaraq üzərinə götürdüyü demokratiya ilə bağlı öhdəliklərə zidd olduğu halda müsbət rəy verməsi pislənilib.

Divanda referenduma hazırlıq işlərinin görülməsi barədə tapşırıqlar verilib.