Müsavat pulsuz efir vaxtının ayrılmasını tələb edir

musavat-pulsuz-efir-vaxtinin-ayrilmasini-teleb-edir
Oxunma sayı: 977

Bu gün Müsavat Partiyası Divanının növbədənkənar iclası keçirilib.

“Qafqazinfo”ya daxil olan məlumata görə, parlament seçkilərində namizədlərin qeydə alınması mərhələsindən sonra Məclisin qərarına uyğun olaraq seçki prosesinin gedişi müzakirə olunub.

İmza toplanması kampaniyası dövründə Müsavat Partiyasından olan namizədlərə, imza toplayan fəallara, seçicilərə qarşı olan təqib və təzyıqlər barədə məlumat verilib.

Partiya tərəfindən 70 dən çox seçki dairəsindən namizədlərin irəli sürülməsinə baxmayaraq, yalnız 23 seçki dairəsi üzrə namizədlərin qeydə alınması hakimiyyətin Müsavata qarşı apardığı xüsusi təqib kampaniyasının davamı kimi qiymətləndirilib.

Divan hakimiyyətin tərəfindən İctimai Televiziyada debatlar məqsədi ilə pulsuz efir vaxtının ayrılmasına məhdudiyyət qoyulmasını bərabər hüquqlu təbliğat imkanları prinsipinin kobud surətdə pozulması kimi dəyərləndirib. Pulsuz efir vaxtının ayrılması üçün dərhal müvafiq qərarların qəbul olunmasını tələb edib.

ATƏT-in geniş tərkibdə Müşahidəçi Missiyasının seçkilərdə iştirakı ilə bağlı qərarlara yenidən baxılmasının seçki prosesi üçün mühüm olduğu vurğulanıb.