“Münaqişələrin nizamlanmasına kömək etməyə çalışacağıq”

munaqiselerin-nizamlanmasina-komek-etmeye-calisacagiq
Oxunma sayı: 799

“Həll olunmamış münaqişələrin nizamlanmasına kömək etməyə çalışacağıq”.

Qafqazinfo”nun APA-ya istinadən verdiyi məlumata görə, bunu Kişinyovda keçirdiyi brifinqdə ATƏT-in fəaliyyətdə olan sədri, Avstriya xarici işlər naziri Sebastyan Kurts deyib.

O qeyd edib ki, ATƏT-in əsas məqsədi Dnestryanı münaqişənin həllidir. ATƏT sədrinin sözlərinə görə, problem Moldovanın ərazi bütövlüyü çərçivəsində Dnestryanı bölgəyə xüsusi status verilməklə çözülməlidir.

“Dnestryanı bölgəyə xüsusi hüquqi statusun verilməsi münaqişənin həllinə kömək edəcək”, - deyə o vurğulayıb.