“Multikultural dəyərlər və azərbaycançılıq”

multikultural-deyerler-ve-azerbaycanciliq
Oxunma sayı: 2212

Bu gün Yeni Azərbaycan Partiyası və Lənkəran Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə Lənkəran şəhərində Heydər Əliyev Mərkəzində “Multikultural dəyərlər və azərbaycançılıq” mövzusunda zona müşavirəsi keçirilib.

Qafqazinfo” xəbər verir ki, tədbirdə Azərbaycan Baş Nazirinin müavini, YAP sədrinin müavini- İcra katibi Əli Əhmədov, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri, YAP İcra katibinin müavini Mübariz Qurbanlı, Milli Məclisin Əmək və Sosial siyasət komitəsinin sədri Hadı Rəcəbli, Milli Məclisin aqrar siyasət komissiyasının sədri Eldar İbrahimov. Milli Məclisin deputatı Rəşad Mahmudov, Lənkəran ŞİH başçısı Taleh Qaraşov, YAP Lənkəran, Astara, Lerik, Masallı, Yardımlı, Cəlilabad və Biləsuvar rayon təşkilatlarının sədrləri, sədr müavinləri, Gənclər Birliyi və Qadınlar Şurasının sədrləri və YAP fəalları iştirak ediblər.

Müşavirədə geniş məruzə ilə çıxış edən Baş nazirin müavini – YAP sədrinin müavini – İcra katibi Əli Əhmədov bildirib ki, Prezident İlham Əliyevin müvafiq Sərəncamına əsasən 2016-cı il Azərbaycanda “Multikulturalizm ili” elan olunub. Bu istiqamətdə silsilə tədbirlər keçirilir. Azərbaycanın dünyada özünü multikultural dövlət kimi tanıtdığını vurğulayan Baş nazirin müavini multikulturalizmin Azərbaycanda dövlət siyasətinin əsasını təşkil etdiyini diqqətə çatdırıb.

Qeyd olunub ki, ölkəmizdə multikultural dəyərlərin insanların həyat tərzinə çevrilməsində zəngin təcrübə vardır. Artıq bütün dünya multikulturalizmin və tolerantlığın Azərbaycan modelini qəbul etməkdədir.

Azərbaycan milli dövlət olaraq təkcə özünün deyil, dünyanın qlobal problemlərinin həllində fəal iştirak edir. BMT-nin Sivilizasiyalar Alyansının VII Qlobal Forumunun Bakıda keçirilməsi bunu bir daha aydın göstərib.

Aprelin əvvəllərində cəbhə bölgəsində baş verən hadisələr Azərbaycan vətəndaşlarında, xüsusilə gənclərdə vətənpərvərlik hissinin nə qədər güclü olduğunu göstərib.

Lənkəran ŞİH-nin başçısı Taleh Qaraşov çıxışında bildirib ki, Heydər Əliyevin fəaliyyətində multikulturalizm ənənələrinə geniş yer verilir, azərbaycançılıq məfkurəsi əsas prinsip kimi irəli sürülürdü.

Zona müşavirəsində Milli Məclisin üzvləri Hadi Rəcəbli və Rəşad Mahmudov, Lənkəran Dövlət Universitetinin rektor əvəzi Nizami Yusubov, YAP Masallı rayon Gənclər Birliyinin sədri Məmmədhüseyn Hüseynov, Cəlilabad rayon Təhsil şöbəsinin müdiri Elminaz Nadirova, Biləsuvar rayonu Xırmandalı kənd tam orta məktəbinin direktoru Firudin Hüseynov, Yardımlı rayon Mədəniyyət və Turizm şöbəsinin müdiri Ayazxan Əliyev mövzu ilə bağlı çıxış ediblər.

Zona müşavirəsini Əli Əhmədov yekunlaşdırıb.