Mövlud Çavuşoğlu Bakıya gəlir

movlud-cavusoglu-bakiya-gelir
Oxunma sayı: 1703

Bu gün Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Bakıya rəsmi səfərə gəlir.

"Qafqazinfo" Trend-ə istinadən xəbər verir ki, bu, Türkiyə XİN rəhbərinin yeni hökumət təsdiq edildikdən sonra xaricə ilk rəsmi səfəridir və ənənəvi olaraq nazir ilk xarici səfərini Azərbaycana edir.

Qeyd edək ki, səfər çərçivəsində ikitərəfli əməkdaşlıq münasibətləri və regional məsələlərin müzakirəsi nəzərdə tutulur.