Mirmahmud Mirəlioğlu ilə bağlı qərar

mirmahmud-mirelioglu-ile-bagli-qerar
Oxunma sayı: 2387

Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında noyabrın 1-də Milli Məclisə təyin edilmiş seçkilərdə deputatlığa namizədliyini irəli sürmüş Klassik Xalq Cəbhəsi Partiyasının sədri Mirmahmud Mirəlioğlunun müraciətinə baxılıb.

“Qafqazinfo”nun Trend-ə istinadən məlumatına görə, M.Mirəlioğlu dairə seçki komissiyasının onun namizədliyini qeydə almaqdan imtina edən qərarı ilə bağlı şikayət edib.

İclasda bildirilib ki, MSK-nın işçi qrupu şikayəti araşdırıb. Araşdırma zamanı məlum olub ki, təqdim edilmiş imzalardan 129-u etibarsızdır. Buna görə də Komissiya DSK-nın M.Mirəlioğlunun namizədliyinin qeydə alınmaması barədə qərarını qüvvədə saxlayıb.