Milli Qəhrəmanın oğluna “Qızıl ulduz” medalı təqdim olundu

milli-qehremanin-ogluna-qizil-ulduz-medali-teqdim-olundu
Oxunma sayı: 3913

Aprelin əvvəlində baş verən 4 günlük müharibədə şəhid olmuş, daha sonra prezidentin sərəncamı ilə Milli Qəhrəman adına layiq görülən Murad Mirzəyev bu gün "Qızıl Ulduz" medalı ilə təltif olunub.

"Qafqazinfo"ya daxil olan məlumata görə, medal Milli Qəhrəmanımızın oğluna Müdafiə Nazirliyində təqdim olunub.

Qeyd edək ki, Murad Mirzəyev ABŞ-da xüsusi təyinatlıların “Ranger” kursunu bitirən yeganə azərbaycanlıdır.