Millət vəkili seçicilərlə görüşdü

millet-vekili-secicilerle-gorusdu
Oxunma sayı: 1170

Millət vəkili Qənirə Paşayeva təbliğat-təşviqat kampaniyası çərçivəsində Tovuz rayonunun Əyyublu kəndində seçicilərlə görüşüb və onlarla geniş fikir mübadiləsi aparıb. 

“Qafqazinfo”ya daxil olan məlumata görə, millət vəkili görüşdə regionda və dünyada son illlər baş verən proseslərdən, Milli Məclisdə qəbul olunan bir sıra qanun, əlavə və dəyişikliklərdən, Dağlıq Qarabağ münaqişəsi ətrafında son vəziyyətdən danışıb və seçicilərlə fikir mübadiləsi aparıb.

Sakinlərin kənd təsərrüfatı sahəsi ilə bağlı, əkin və içməli su ilə kəndin təminatının daha da yaxşılaşdırılması istiqamətində təkliflərini dinləyən Qənirə Paşayeva onları büdcə müzakirələri zamanı hökumət üzvlərinin diqqətinə çatdıracağını bildirib.

Görüşdə çıxış edən Əyyublu sakinləri bildiriblər ki, millət vəkili Qənirə Paşayevaya etimadları tamdır, çünki o 10 illik deputatlıq fəaliyyəti zamanı daim kənd sakinləri ilə görüşlər keçirib, ailələri, xəstələri ziyarət edib, gənclərlə önəmli müzakirələr aparıb. Bundan başqa, millət vəkili kənddə müəyyən problemləri olan seçicilərlə ayrı-ayrılıqda da görüşüb və onları narahat edən problemlərin həlli istiqamətində bir sıra konkret tədbirlər görülüb.