Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dövlətə xəyanətdə təqsirləndirilən Elşən Mustafaoğlunun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
"Qafqazinfo"nun verdiyi xəbərə görə, hakim Səbuhi Hüseynovun sədrliyi ilə keçirilən prosesdə baxış iclası davam etdirilib.
İclasda cinayət işində şahid qismində tanınan şəxslər dindirilib.
Məhkəmə prosesi sentyabrın 6-da davam etdiriləcək.
Proses qapalı keçirilib.
Qeyd edək ki, Elşən Mustafaoğlu 2014-cü il dekabrın 16-da həbs olunub. Ona qarşı CM-nin 274-cü (dövlətə xəyanət) maddəsilə ittiham irəli sürülüb.
E.Mustafaoğlu Qafqaz Müsəlmanları İdarəsinin sektor müdiri olub. O, İrana casusluq etməkdə təqsirləndirilir.