Məmmədyarov Türkiyəyə getdi

memmedyarov-turkiyeye-getdi
Oxunma sayı: 817

Xarici işlər naziri Elmar Məmmədyarov bu gün Türkdilli Ölkələrin Əməkdaşlıq Şurası (Türk Şurası) və Ahmet Yasevi Universitetinin təşkilatçılığı ilə Ankara şəhərində keçiriləcək “Xocalı soyqırımı, bəşəriyyətə qarşı cinayətlər və terrorizm” mövzusunda beynəlxalq konfransda iştirak etmək üçün Türkiyəyə işgüzar səfərə yola düşüb.

Qafqazinfo” xəbər verir ki, konfransın açılış panelində Türk Şurasının Baş katibi Ramil Həsənov, Azərbaycan və Türkiyənin xarici işlər nazirləri Elmar MəmmədyarovMövlud Çavuşoğlu, eləcə də Türkiyə Baş nazirinin köməkçisi Toğrul Türkeşin çıxışı nəzərdə tutulub. Səfər əsnasında nazir Elmar Məmmədyarovun həmçinin ikitərəfli görüşləri də planlaşdırılıb.