Məmmədyarov rumıniyalı həmkarı ilə görüşdü

memmedyarov-ruminiyali-hemkari-ile-gorusdu
Oxunma sayı: 635

Xarici işlər naziri Elmar Məmmədyarov bu gün 53-cü Münxen Təhlükəsizlik Konfransı çərçivəsində Rumıniyanın xarici işlər naziri Teodor-Viorel Meleskanu ilə görüşüb.

"Qafqazinfo"ya daxil olan məlumata görə, görüşdə Azərbaycan və Rumıniya arasında ikitərəfli münasibətlərin hazırkı səviyyəsi və müxtəlif sahələr üzrə əməkdaşlığın inkişaf etdirilməsinin perspektivləri müzakirə olundu. İki ölkə arasında əlaqələrin daha da gücləndirilməsi üçün birgə səylərin davam etdirilməsinin vacibliyi vurğulandı.

Azərbaycanın iştirakı ilə həyata keçirilən irimiqyaslı nəqliyyat və enerji layihələri, o cümlədən Şimal-Cənub, Bakı-Tbilisi-Qars, TANAP və TAP layihələri haqqında danışan Elmar Məmmədyarov, bu layihələrin Rumıniya üçün faydalı ola biləcəyini söylədi.

Daha sonra nazirlər qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi apardılar.