Məmmədyarov pakistanlı nazirlə görüşdü

memmedyarov-pakistanli-nazirle-gorusdu
Oxunma sayı: 627

Xarici işlər naziri Elmar Məmmədyarov Pakistanın Federal müdafiə sənayesi naziri Rana Tanvir Hussainin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Nazirliyin mətbuat xidmətindən “Qafqazinfo”ya verilən məlumata görə, R.T.Hussain “ADEX 2016” ikinci Azərbaycan Beynəlxalq müdafiə sərgisinin yüksək səviyyədə təşkil olunduğunu vurğulayıb. Pakistanın Ermənistan-Azərbaycan münaqişəsinin həllində Azərbaycanın ədalətli və haqlı mövqeyini qəti və prinsipial şəkildə dəstəklədiyini bildirib.

Nazir E.Məmmədyarov Pakistanın bu mövqeyinin yüksək qiymətləndirildiyini və yaxın zamanda Pakistanın Baş nazirinin Azərbaycana planlaşdırılan səfərinin ikitərəfli əlaqələrin inkişafına mühüm töhfə verəcəyini qeyd edib.