Məmmədyarov Brüsseldədir

memmedyarov-brusseldedir
Oxunma sayı: 632

Azərbaycanın Xarici işlər naziri Elmar Məmmədyarov mayın 31-də NATO-nun mənzil-qərargahında keçiriləcək Azərbaycan-NATO iclasında iştirak etmək üçün Brüsselə səfər edib.

Nazirliyin mətbuat xidmətindən “Qafqazinfo”ya verilən məlumata görə, Elmar Məmmədyarov NATO-nun ali orqanı olan Şimali Atlantika Şurasında çıxış edəcək və bir sıra ikitərəfli görüşlər keçirəcək.

Səfər çərçivəsində nazir Elmar Məmmədyarovun mayın 31-də Brüsseldə ATƏT Minsk Qrupunun həmsədrləri ilə görüşü də nəzərdə tutulub.