“Mehriban Əliyevanın təyinatı gənclərə töhvə verəcək”

mehriban-eliyevanin-teyinati-genclere-tohve-verecek
Oxunma sayı: 1757

“Mehriban xanım tərəfindən gənc nəslə olan diqqət və qayğı hər zaman diqqət mərkəzində olub və hazırda günü-gündən artmaqdadır”.

Qafqazinfo” xəbər verir ki, bunu “İrəli” İctimai Birliyinin sədri MirHəsən Seyidov Mehriban Əliyevanın birinci vitse – president təyin olunmasına münasibət bildirərkən deyib: “Onun təşəbbüslərinin, qətiyyətinin nəticəsində Azərbaycan adı ilklər sırasına daxil olub. İstər Avroviziya mahnı müsabiqəsi, istər Avropa Oyunları və bu kimi mötəbər tədbirlərdə gənclərin, könüllülər hərəkatının Azərbaycanda canlanmasının da ideya müəllifidir. Hər zaman insan dəyərlərinə hörmətlə yanaşması, xüsusi qayğıya ehtiyac olan insanlara qarşı humanist yanaşması, rəhbərlik etdiyi Heydər Əliyev Fondu tərəfindən hər zaman Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasındakı əvəzsiz rolu, gənclərə dəstək olması Mehriban xanım Əliyevanı seçilənlərdən edib”.