Məhkəmə Trampın miqrasiya fərmanının icrasını dayandırdı

mehkeme-trampin-miqrasiya-fermaninin-icrasini-dayandirdi
Oxunma sayı: 1817

ABŞ-ın Havay ştatının məhkəməsi prezident Donald Trampın yeni miqrasiya fərmanının icrasını müvəqqəti təxirə salıb.

Qafqazinfo” xəbər verir ki, bu barədə “Associated Press” məlumat yayıb.

Agentliyin məlumatına görə, qərar ştat rəhbərliyinin müvafiq sorğusu əsasında hakim Derrik Uotson tərəfindən çıxarılıb.

CNN telekanılının xəbərinə görə, yeni fərman martın 15-i gecə saat 12-dən bütün ölkə üzrə qüvvəyə minməli idi.  

Donald Trampın martın 6-da imzaladığı yeni fərmana əsasən İran, Suriya, Sudan, Yəmən, Liviya və Somali vətəndaşlarının 90 gün ərzində ABŞ-a daxil olmasına qadağa qoyulub.