Məhkəmə MTN polkovnikinə 1 günlük azadlıq verəcəkmi? - Müraciət

mehkeme-mtn-polkovnikine-1-gunluk-azadliq-verecekmi
Oxunma sayı: 10110

Hazırda həbsdə olan MTN polkovniki Səlim Məmmədovun anası vəfat edib.

Qafqazinfo”nun əldə etdiyi məlumata görə, S.Məmmədovun anası Məryəm Məmmədova dünan axşam saatlarında dünyasını dəyişib.

S.Məmmədovun vəkili Cavid Rzazadə “Qafqazinfo”ya bildirib ki, müdafiə etdiyi şəxs Ədliyyə Nazirliyi Penitensiar Xidmət rəhbərliyinə və Bakı Hərbi Məhkəməsinin sədrinə rəsmi məktubla müraciət edib. S.Məmmədov tək övlad olduğunu bildirərək rəhbərlikdən anasının 3 mərasimində 1 günlük iştirak etməsinə icazə verilməsini istəyib.

Vəkil qeyd edib ki, bu gün qeyri-iş günü olduğundan şifahi qaydada prokurorluğa və məhkəmə sədri Həbib Həsənova bununla bağlı müraciət edib. Məsələ ilə bağlı gün ərzində qərar veriləcəyi bildirilib.

Murad Əhməd