Mədət Quliyev sərgidə - Fotolar

medet-quliyev-sergide
Oxunma sayı: 4956

Bu gün Dövlət Təhlükəsizlik Xidməti, ASAN xidmət, Azərbaycan Gənclər Fondu, Təhsil Nazirliyi, Gənclər və İdman Nazirliyi və Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə DTX-nın Mədəniyyət Mərkəzində “Terrorçuluğa, ekstremizmə və radikalizmə qarşı mübarizədə gənclərin rolu” mövzusunda konfrans keçirilib.

Qafqazinfo”nun tədbirdə iştirak edən əməkdaşının verdiyi xəbərə görə, konfransdan öncə, DTX-nın Mədəniyyət Mərkəzinin rəssamlıq dərnəyində fəaliyyət göstərən uşaqların və yeniyetmələrin “Biz terrora “yox” deyirik” mövzusunda rəsm işlərinin, həmçinin müvafiq ədəbiyyat, təbliğat vasitələrinin sərgisinə baxış keçirilib.

Sərgidə DTX sədri Mədət Quliyev, Bakı Dövlət Universitetini rektoru Abel Məhərrəmov da iştirak edib.

***

Təhsil nazirinin müavini Firudun Qurbanov çıxış edərək deyib ki, təhsil radikalizmə qarşı mübarizədə əsas vasitədir: “Təhsilsiz gənclər daha tez təsir altına düşürlər. Son illər ölkəmizdə təhsil sahəsində bir çox islahatlar həyata keçirilib. Etnik qruplar öz dillərində təhsil alırlar. Mütəmadi olaraq yeni məktəb binaları tikilir, təmir olunur. Təhsilin inkişafı ilə bağlı proqramlar qəbul edilir”.

Murad Əhməd

Fotolar: Nuran