Lavrovla Tillerson arasında telefon danışığı olub

lavrovla-tillerson-arasinda-telefon-danisigi-olub
Oxunma sayı: 630

Rusiya Xarici işlər naziri Sergey Lavrovla ABŞ dövlət katibi Reks Tillerson arasında telefon danışığı olub.

Qafqazinfo”nun “Gazeta.ru”ya istinadən xəbərinə görə, bu barədə Rusiya XİN-i məlumat yayıb.

R. Tillerson həmkarına Rusiyanın BMT-dəki daimi nümayəndəsi Vitaliy Çurkinin vəfatı ilə əlaqədar başsağlığı verib.

Tərəflər həmçinin, iki ölkə arasındakı əlaqələri və beynəlxalq aktual məsələləri müzakirə ediblər.