Lavrovla görüşdə - Sanksiyalar müzakirə olunmayıb

lavrovla-gorusde
Oxunma sayı: 1046

Rusiya XİN rəhbəri Sergey Lavrovla ABŞ dövlət katibi Reks Tillerson Bonn şəhərində görüşüb.

Qafqazinfo”nun “Ria Rovosti”yə istinadən verdiyi məlumata görə, Lavrov jurnalistlərə açıqlamasında həmkarı ilə olduqca praqmatik, işgüzar və məhsuldar görüş keçirdiklərini bildirib.

S. Lavrovun sözlərinə görə, dövlət katibi rəsmi Vaşinqtonun Moskva ilə əlaqələrin bərpasına hazır olduğunu təsdiqləyib.

Prezidentlər Donald Trampla Vladimir Putinin nə vaxt görüşəcəyinə dair məsələni şərh edən Xarici işlər naziri söyləyib ki, bu, dövlət başçılarının lazım bildikləri vaxtda olacaq.

Lavrov həmçinin qeyd edib ki, Tillersonla Rusiyaya qarşı sanksiyalar məsələsini müzakirə etməyib: “Biz hesab edirik ki, bu, anomaliyadır və sanksiya tətbiq edənlər, bunun özləri üçün nə dərəcədə səmərəli olduğunu, ölkələr arasında normal ünsiyyətə nə kimi cavab verdiyini dəyərləndirməlidirlər”.