“Kim kimi sevir, kim evlənmək istəyir…” - Millət vəkili

kim-kimi-sevir-kim-evlenmek-isteyir-
Oxunma sayı: 5429

Millət vəkili Rüfət Quliyev televiziyaların fəaliyyətindən narazılığını bildirib.

Qafqazinfo” xəbər verir ki, Milli Məclisin komitə iclasında çıxış edən R. Quliyev zaman- zaman bir çox məcəllələrə, qanunlara dəyişikliklər edildiyinini nəzərə çatdırıb: “Amma televiziyaların fəaliyyəti ilə bağlı dəyişikliklər etmirik. Bunlara nə etmək olar? Neçə illərdir ki, televiziyaları açırsan, görürsən ki, yenə köhnə hamam, köhnə tasdır. Nə varsa odur. SMSlər göndərirlər, kim kimi sevir, kimləsə evlənmək istəyir.

O gün deputatlardan biri də qeyd etdi ki, artıq bizim incəsənət nümayəndəmiz çox böyük fəxrlə deyir ki, mən toy məclisinə manatla yox, dollarla gedirəm. Bunu elə böyük fəxrlə dedi ki, elə bil buna Nobel mükafatı verirlər. Bu da qəribə bir şeydir. İndi bunların da hardasa vergiyə cəlb olunması məsələsi həllini tapmalıdır”.

Millət vəkili əlavə edib ki, lüks malların, TOPAZ kimi təşkilatların üzərinə qoyulan vergiləri qaldırmaq olar: “Amma ən böyük məsələ kiçik və orta sahibkarlığı inkişaf etdirilməsi ilə bağlıdır. İnsanları torpağa qaytarmaq lazımdır, ancaq onlarda həvəs yoxdur. Camaat torpaqla məşğul olmaq istəmir. Televiziyalara moratorium qoyaq, heç olmasa hər kanala həftədə bir dəfə sahibkar saatı keçirsin, verilişə də məmurları, deputatları çağırmasınlar. Kiçik sahibkarlar efirə dəvət olunsun. Onlar efirdə öz istehsal etdiyi məhsulu da təbliğ etsin. Belə olan halda insanlar qayıdıb torpaqda işləməyə başlayacaqlar”.

Günel Türksoy