Kəmaləddin Heydərov vətəndaşlarla görüşəcək

kemaleddin-heyderov-vetendaslarla-gorusecek
Oxunma sayı: 1696

Azərbaycan Respublikasının fövqəladə hallar naziri Kəmaləddin Heydərov fevralın 24-də saat 11.00-dan Xaçmaz şəhərində, nazirliyin Şimal Regional Mərkəzinin inzibati binasında vətəndaşları qəbul edəcək.

Qafqazinfo” xəbər verir ki, qəbulda yalnız Xaçmaz, Qusar, Quba, Şabran, Siyəzən rayonlarının sakinləri və həmin rayonlarda məskunlaşmış məcburi köçkünlər iştirak edə bilərlər.

Qəbulda yalnız Fövqəladə Hallar Nazirliyinin fəaliyyəti ilə bağlı müraciətlərə baxılacaq.

Qəbula gələn vətəndaşların qeydiyyatı nazirliyin Şimal Regional Mərkəzinin inzibati binasında fevralın 23-də saat 09.00-da başlayacaq.

Qəbula gələn vətəndaşlar şəxsiyyəti təsdiq edən sənəd təqdim etməlidirlər.