Kəmaləddin Heydərov qəbul keçirəcək

kemaleddin-heyderov-qebul-kecirecek
Oxunma sayı: 1903

Fövqəladə hallar naziri Kəmaləddin Heydərov tərəfindən 25 avqust 2016-cı il tarixində Şəki şəhərində Şəki şəhər Mədəniyyət və Turizm şöbəsinin binasında saat 11.00-dan vətəndaşların qəbulu keçiriləcək.

Qafqazinfo”nun məlumatına görə, qəbulda yalnız Şəki, Oğuz, Qax, Zaqatala, Balakən rayonlarının sakinləri və həmin rayonlarda məskunlaşmış məcburi köçkünlər iştirak edə bilərlər.

Qəbulda FHN-in fəaliyyəti ilə bağlı müraciətlərə baxılacaq.

Qəbula gələn vətəndaşların qeydiyyatı Şəki şəhər Mədəniyyət və Turizm şöbəsinin binasında (ünvan: Şəki şəhəri, M.Ə.Rəsulzadə küçəsi 174) 24 avqust 2016-cı il tarixində saat 09.00-da başlayacaq.

Vətəndaşlar şəxsiyyəti təsdiq edən sənəd təqdim etməlidirlər.