İŞİD məhv ediləcək - Obama

“İŞİD məhv ediləcək -  Obama
Oxunma sayı: 778

ABŞ prezidenti Barak Obama İŞİD  terror qruplaşmasının gec-tez məhv ediləcəyinə əmin olduğunu bildirib.

Qafqazinfo” “TASS”a istinadən xəbər verir ki, bu barədə Ağ Evin sahibi Çikaqoda çıxışı zamanı deyib.

“Biz Üsamə bin Laden də daxil olmaqla 10 mindən çox terrorçunu məhv etmişik. Rəhbərlik etdiyimiz beynəlxalq koalisiya İŞİD liderlərini məhv edib və onun tutuduğu ərazisinin təxminən yarısı geri alıb. İŞİD məhv ediləcək və Amerikanı hədələyən heç bir terrorçu təhlükəsizlikdə olmayacaq”, - deyə Obama.

Qeyd edək ki, Obamanın prezidentlik müddəti yanvarın 20-də bitir.


Qafqazinfo.az saytı ilə əlaqə üçün E-mail: info@qafqazinfo.az

Oğurluq etmə, istinad et!