İrəvanda “Şərq tərəfdaşlığı” ölkələrinin XİN rəhbərləri görüşəcək

irevanda-serq-terefdasligi-olkelerinin-xin-rehberleri-gorusecek
Oxunma sayı: 632

Ermənistanda Avropa İttifaqına üzv dövlətlərin xarici işlər nazirlərinin “Şərq tərəfdaşlığı” proqramı çərçivəsində səkkizinci qeyri-formal görüşü keçiriləcək.

Qafqazinfo” xəbər verir ki, bu barədə Ermənistan XİN-in mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, görüşdə həmçinin genişlənmə və qonşuluq siyasəti məsələləri üzrə Avropa komissarı Yohannes Handa iştirak edəcək. Görüşün sonunda nümayəndə heyətlərinin rəhbərləri birgə bəyanatla çıxış edəcəklər.

Bundan əlavə eyni gündə “Şərq tərəfdaşlığı” ölkələrinin elm və texnologiyalar nazirləri tədqiqatlar və innovasiyalar məsələləri üzrə müzakirələr aparacaqlar.

Qeyd edək ki, “Şərq tərəfdaşlığı” proqramının məqsədi Aİ ilə Azərbaycan, Ukrayna, Moldova, Gürcüstan, Belarus və Ermənistanın yaxınlaşmasını təmin etməkdir.