İrandan Nardaran hadisələri ilə bağlı - sensasion reaksiya

irandan-nardaran-hadiseleri-ile-bagli
Oxunma sayı: 12716

İran parlamentinin Xarici Siyasət və Təhlükəsizlik Komissiyasının sədr müavini Mənsur Həqiqətpur Nardaran qəsəbəsinin sakinlərinə aktiv olmaları üçün müraciət edib.

"Qafqazinfo" Modern.az-a istinadən xəbər verir ki, Həqiqətpur Azərbaycan hakimiyyətinin səhv yolda olduğunu və şiələrin hüquqlarının məhdudlaşdırmaqla paralel homoseksuallara geniş hüquq tanıdığını deyib.

“Təəssüf edirəm ki, özünü demokratik sayan hökumət Allahın evində, matəm mərasimi zamanı dindarları öldürür. Hökumət xalqın arasında dərin kök saldığı zaman möhkəm olur. Azərbaycan bir tərəfdən homoseksuallara azadlıq tanıyır, bir tərəfdən isə şiələrə zorakılıq tətbiq edir”.

Onun fikrincə, belə siyasətin nəticələri heç də xoş olmayacaq.

Qeyd edək ki, bir neçə saat əvvəl İran səfirliyi də Nardaran hadisələri ilə bağlı açıqlama yaymışdı. Məlumatda bildirilirdi ki, İran İslam Respublikası heç vaxt Azərbaycanın daxili işlərinə qarışmaq məqsədi güdməyib və Nardaran hadisələrinin baş verməsində də heç bir rolu olmayıb. İran daim dost ölkələrdə sabitliyin və əmin-amanlığın bərqərar olunmasını istəyib və prinsipial bir siyasət olaraq problemlərin və ixtilafların zorakı yollarla həllinə qarşı olub.