İrandan ABŞ-a xəbərdarlıq

irandan-abs-a-xeberdarliq
Oxunma sayı: 1974

ABŞ iqtisadi sanksiyaları uzadacağı təqdirdə İran atom üzrə sazişin həyata keçirilməsini dayandıracağı ilə bağlı xəbərdarlıq edib.

Qafqazinfo” “Press TV”yə istinadən xəbər verir ki, bu sözləri İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif bildirib.  

 “Əgər onlar (ABŞ) sanksiyalara qayıtsalar, biz razılığa əməl olunmasına davam etməyəcəyik”, deyə Zərif qeyd edib.

 Qeyd edək ki, ABŞ prezidenti Barak Obama İrana qarşı sanksiyaların 10 illik uzadılması haqqında qanunu imzalaması gözlənilir.