İran parlament seçkilərinə hazırlaşır

iran-parlament-seckilerine-hazirlasir
Oxunma sayı: 1119

İran İslam Respublikasında parlament seçkilərinə hazırlıq işləri yekunlaşmaq üzrədir.

“Qafqazinfo”nun AzərTAC-a istinadən verdiyi məlumata görə, isfənd ayının 7-də (26 fevralda) keçiriləcək seçkilərdə İran İslam Şurasına (parlamentə) seçilmək üçün 12 min namizədin adı Seçkilərin konstitusiyaya uyğunluğuna nəzarət şurasına (Şurayi Neqahban) təqdim edilib. Onlardan 6180 -nin namizədliyi qeydə alınıb.

Ötən seçkilərdən fərqli olaraq bu il parlamentə seçilmək istəyənlərin sayının çoxluğu nəzərdən qaçmayıb. İranda 10-cu dəfə parlament seçkiləri keçiriləcək.

Qeyd edək ki, fevralın 26-da parlament seçkiləri ilə yanaşı, Ekspertlər Şurasına (Məclisi Xubreqan) da seçkilər keçiriləcək. Bu qurum İranın əhəmiyyətli hakimiyyət orqanlarından biridir. Ekspertlər Şurasına İranın hər vilayətindən 1 nəfər ruhani seçilir. Şura 82 nəfərdən ibarət olur və əsas funksiyası İran İslam Respublikasının Ali Liderini seçmək, vəzifədən kənarlaşdırmaq və fəaliyyətinə nəzarət etməkdən ibarətdir.