İran ABŞ-a görə Rusiyaya etiraz etdi

iran-abs-a-gore-rusiyaya-etiraz-etdi
Oxunma sayı: 1307

Rəsmi Tehran Moskvanın bu gün ABŞ-ı Astana görüşünə dəvət etməyinə etiraz bildirib.

Qafqazinfo”nun “Milliyet”ə istinadən verdiyi məlumata görə, İran Xarici işlər naziri Cavad Zərif Vaşinqton hökumətinin yanvarın 23-də müzakirəyə qoşulmalarına qarşı olduqlarını söyləyib.

“Biz onları dəvət etmədik və orada olmalarına qarşıyıq”, - deyə nazir vurğulayıb.

Qeyd edək ki, Rusiya XİN rəhbəri Sergey Lavrov bu gün keçirdiyi illik mətbuat konfransında ABŞ-ın Astanaya gəlməyinə ümid etdiklərini bəyan edib: “Donald Trampın heyəti ilə Suriyadakı əməkdaşlığımızın Barak Oama hökuməti ilə həyata keçirdiyimiz işlərə görə daha təsirli olacağına ümid edirəm. Amerika təmsilçilərinin Astana görüşünə dəvət olunmağını doğru hesab edir və gələcəklərini düşünürük”.