İqtidar müxalifətlə bir araya gəlir

iqtidar-muxalifetle-bir-araya-gelir
Oxunma sayı: 641

“Qafqazinfo”nun Trend-ə istinadən verdiyi məlumata görə, siyasi partiyalar arasında dialoq təşkil etmək üçün ATƏT-in Bakı Ofisi siyasi partiya liderləri ilə məsləhətləşmələr aparıb və belə bir tədbirin keçirilməsi üçün bütün tərəflərdən müsbət cavab alıb.

Məlumata görə, ehtimal olunur ki, növbəti toplantının əsas mövzusu "Siyasi partiyalar haqqında" yeni qanun olacaq. Hazırda tədbirin tarixi və keçiriləcəyi yerlə bağlı məsləhətləşmələr davam edir.

Qeyd edək ki, Milli Məclisin yaz sessiyasında "Siyasi partiyalar haqqında" yeni qanunun müzakirəsi gözlənilir. Bu qanunla bağlı Azərbaycan dövləti Venesiya Komissiyası ilə bir neçə dəfə məsləhətləşmələr aparıb.