“İnanıram ki, prezidentin çıxışından nəticə çıxaracaqlar” - Spiker

inaniram-ki-prezidentin-cixisindan-netice-cixaracaqlar-
Oxunma sayı: 1275

“Dünya iqtisadiyyatında cərəyan edən hadisələr bir sıra ölkələri ağır sınaqlara cəlb edib. Azərbaycanın dövlət başçısının rəhbərliyi altında ölkəmiz bu sınaqlardan özünü qoruya bilib. Bütövlükdə baş verənlərə baxmayaraq Azərbaycan iqtisadiyyatı dayanıqlılığını saxlayıb”. 

“Qafqazinfo” xəbər verir ki, bu sözləri spiker Oqtay Əsədov parlamentin 2016- cı ilin büdcə zərfinə həsr olunmuş plenar iclasının ilk iş günündə dilə gətirib. Onun sözlərinə görə, növbəti ildə də iqtisadiyyatda real artım gözlənilir: “Bu isə büdcənin neftdən asılılığının azalması deməkdir. Büdcə azalmasının əksər hissəsi də Dövlət Neft Fondundan transfertlərin dayandırılması hesabına nəzərdə tutulub. Ümumilikdə büdcə xərclərinin azalması investisiya lahiyələrinin müvəqqəti saxlanmılması hesabına başa gəlib. Lakin növbəti ildə qeyri-neft sektorunda 3,4 faiz artım proqnozlaşdırılır.

Həmçinin ölkənin müdafiə qüdrətinin gücləndirilməsi həmişəki kimi diqqət mərkəzində saxlanılır. Bununla yanaşı, dünən dövlət başçısının Nazirlər Kabinetinin iclasında çıxışını da izləmisiniz. Mən inanıram ki, millət vəkilləri, hökumət üzvləri bu çıxışı diqqətlə oxuyub təhlil edəcəklər və nəticə çıxaracaqlar”.

Qeyd edək ki, büdcə müzakirələrində baş nazir Artur Rasizadə və hökumət üzvləri iştirak edir.

Günel Türksoy