“İnanıram ki, Kəmaləddin Heydərov, Samir Şərifov köməklik göstərəcək” - Abıyev+Fotolar

inaniram-ki-kemaleddin-heyderov-samir-serifov-komeklik-gosterecek
Oxunma sayı: 11910

Xəbər verdiyimiz kimi, Daşkəsəndə təbii fəlakət baş verib.

Qafqazinfo”ya daxil olan məlumata görə, Daşkəsən Rayon İcra Hakimiyyətinin Başçısı Əhəd Abıyev təbii fəlakət baş vermiş ərazilərdə olub, zərər çəkmiş sakinlərlə görüşüb:

“Son bir neçə illər ərzində rayon ərazisində belə güclü külək müşahidə olunmayıb. Rayon Hidrometeorologiya stansiyasının verdiyi rəsmi məlumata görə küləyin sürəti saniyədə 33-37 m təşkil edib. Ötən gecə 20-00 radələrində yağış ilə müşaiyət olunan güclü külək əsməsi rayon mərkəzində, o cümlədən rayonun Xoşbulaq, Əhmədli kəndlərində, Yuxarı Daşkəsən qəsəbəsində və digər mərkəzi çoxsaylı yaşayış məntəqələrində sosial-inzibati binalara, rayonun elektrik, rabitə təsərrüfatına güclü ziyan vurub.

Səhər 05-00 radələrinədək rayon mərkəzində elektrik enerjisinin verilişi bərpa olunub. Birmənalı olaraq qətiyyətlə deyə bilərəm ki, həmişə belə çətin vəziyyətlərdə olduğu kimi Nazirlər Kabinetinin rəhbərliyi, respublikamızın aidiyyəti üzrə qurumları, xüsusilə Fövqəladə Hallar Naziri hörmətli cənab Kəmaləddin Heydərov, Maliyyə Naziri cənab Samir Şərifov, İqtisadiyyat Naziri cənab Şahin Mustafayev öz lazımi köməkliklərini, inanıram ki, göstərəcəklər.”

Qeyd edək ki, Daşkəsən rayonu ərazisində dünən 20 radələrində yağış ilə müşaiyət olunan güclü külək əsməsi - qasırğa nəticəsində bina və evlərə, o cümlədən, 10-dan artıq yaşayış və sosial-inzibati binalarının dam örtüklərinə və rayonun elektrik, rabitə təsərrüfatlarına ziyan dəyib.