İlqar Məmmədovun vəsatəti təmin olunmadı

ilqar-memmedovun-vesateti-temin-olunmadi
Oxunma sayı: 1569

Bu gün “ReAl” hərəkatının həbsdə olan lideri İlqar Məmmədova bağlı Şəki Apellyasiya Məhkəməsinin qərarı açıqlanıb.

Qafqazinfo”nun verdiyi xəbərə görə, məhkəmə İlqar Məmmədovun vəsatətini təmin etməyib.

Qeyd edək ki, T. Yaqublu və İ. Məmmədov İsmayıllı hadisələri ilə bağlı həbs olunublar. Şəki Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə İlqar Məmmədov 7 il, Tofiq Yaqublu 5 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən verilən apellyasiya şikayəti Şəki Apellyasiya Məhkəməsinin qərarı ilə təmin edilməyib. Müdafiə tərəfi qərardan kassasiya şikayəti verib və onların barəsində olan hökmün ləğv edilməsi, həmin şəxslərin azadlığa buraxılmasını istəyib.

Ali məhkəmə kassasiya şikayətini qismən təmin edib. Şəki Apellyasiya Məhkəməsinin İ.Məmmədov və T.Yaqublu barəsindəki qərarı ləğv edilib, işə yenidən baxılması üçün həmin məhkəmə orqanına qaytarılıb.

Xatırladaq ki, Tofiq Yaqublu Novruz bayramı ərəfəsində prezidentin imzaladığı əfv sərəncamına əsasən, azadlığa buraxılıb, lakin bəraət üçün tələbini geri götürməyib.

Murad Əhməd