İlham Əliyevlə Poroşenko görüşdü - Fotolar

ilham-eliyevle-porosenko-gorusdu
Oxunma sayı: 1299

Bu gün Davosda Azərbaycan Prezidenti İlham Əliyev ukraynalı həmkarı ilə görüşüb.

"Qafqazinfo" xəbər verir ki, İlham Əliyevlə Ukrayna Prezidenti Petro Poroşenkonun görüşü olub.

Görüşdə ölkələrimiz arasında siyasi, iqtisadi və digər sahələrdə əlaqələrin inkişafından məmnunluq ifadə edildi. Ukrayna Prezidentinin Azərbaycana səfərinin əlaqələrimizin genişləndirilməsi baxımından önəmi qeyd olundu.

Ölkələrimizin beynəlxalq təşkilatlarda fəal əməkdaşlıq etdiyi, daim bir-birinin suverenliyini və ərazi bütövlüyünü dəstəklədiyi vurğulandı.

İnvestisiya, energetika, kənd təsərrüfatı, infrastruktur və digər sahələrdə əməkdaşlığın genişləndirilməsi ətrafında fikir mübadiləsi aparıldı.

Söhbət zamanı ikitərəfli və qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə olundu.