“İlham Əliyevi təbrik edirəm” - Əli Əhmədov+Fotolar

ilham-eliyevi-tebrik-edirem-
Oxunma sayı: 4754

Yeni Azərbaycan Partiyasının inzibati binasında ölkədə keçirilən referendumla bağlı partiyanın icra katibi Əli Əhmədov və müavinləri mətbuat konfransı keçirib.

Qafqazinfo”nun tədbirdə iştirak edən əməkdaşının verdiyi xəbərə görə, Ə.Əhmədov bildirib ki, refendum baş tutub: “Xalqın böyük əksəriyyəti səsvermədə iştirak etdi. Müşahidəçilərin bizə verdiyi məlumata görə əminliklə deyirik ki, səsvermə yüksək səviyyədə olub. Nəticədə ölkədə növbəti demokratik proses həyata keçirilir.

Bu referendum prezident İlham Əliyevə etimadın sübutu olub.

Kontitusiyaya dəyişikliklər müasir tələblər baxımından əhəmiyyət kəsb edir. Dəyişikliklər insan hüquq və azadlıqlarının daha da yaxşılaşdırılması, idarəçiliyin çevik formaya salınmasına xidmət edir.

30-dan çox ölkədən müşahidəçilər gəlib və onlar referendumun demokratik qaydalara uyğun keçirildiyini bəyan ediblər. “Exit-pol”ların verdiyi məlumata görə, səs verən şəxslərin əksəriyyəti irəliyə sürülən dəyişikliklərə müsbət cavab veriblər. Biz onlara inanırıq və bunu əminliklə deyə bilərik. Bu, insanların İlham Əliyevə inamının testi idi. 

Bütün Azərbaycan xalqını və xalqın növbəti dəfə ona etimadına görə prezident İlham Əliyevi təbrik edirəm.

Bu gündən sonra Azərbaycanın həyatında yeni bir səhifə açılacaq. Daha ciddi addımlar atılacaq, iqtisadi-sosial islahatlar aparılacaq”.

Murad Əhməd

Fotolar: Nuran