İlham Əliyevdən perulu həmkarına - Təbrik

ilham-eliyevden-perulu-hemkarina
Oxunma sayı: 626

Azərbaycan prezidenti İlham Əliyev Pedro Pablo Kuçinskini Peru prezidenti seçilməsi münasibəti ilə təbrik edib.

Qafqazinfo”nun məlumatına görə, dövlət başçısının məktubunda deyilir:

“Peru Respublikasının prezidenti vəzifəsinə seçilməyiniz münasibətilə sizi ürəkdən təbrik edirəm. Ümidvaram ki, Azərbaycanla Peru arasında dostluq və əməkdaşlıq münasibətlərinin inkişafı yolunda birgə səylər göstərəcəyik. Eyni zamanda ölkənizin milli bayramı – Müstəqillik günü münasibətilə sizi və bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edir, sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Peru xalqına əmin-amanlıq və firavanlıq diləyirəm”.