İlham Əliyevdən moldovalı həmkarına - Təbrik

ilham-eliyevden-moldovali-hemkarina
Oxunma sayı: 636

Prezident İlham Əliyev Moldovanın dövlət başçısı Nikolaye Timoftiyə təbrik məktubu ünvanlayıb.

Qafqazinfo” xəbər verir ki, məktubda deyilir:

“Hörmətli cənab Prezident,

Moldova Respublikasının milli bayramı – Müstəqillik günü münasibətilə Sizi və xalqınızı öz adımdan və Azərbaycan xalqı adından səmimi qəlbdən təbrik edirəm.

Əminəm ki, Azərbaycan ilə Moldova arasındakı dostluq və əməkdaşlıq münasibətləri ölkələrimizin və xalqlarımızın mənafelərinə uyğun olaraq bundan sonra da inkişaf edəcək və genişlənəcəkdir.

Bu əlamətdar gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Moldova xalqına əmin-amanlıq və firavanlıq arzulayıram”.