İlham Əliyevdən alman həmkarına təbrik - Məktubu

ilham-eliyevden-alman-hemkarina-tebrik
Oxunma sayı: 715

Prezident İlham Əliyev Almaniya dövlət başçısı Yoaxim Qauka təbrik məktubu ünvanlayıb.

Qafqazinfo”nun məlumatına görə, məktubda deyilir:

“Almaniya Federativ Respublikasının milli bayramı – Alman Birliyi Günü münasibətilə Sizi və bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm.

Azərbaycan-Almaniya münasibətləri dinamik və hərtərəfli inkişaf yolundadır. İnanıram ki, dostluq əlaqələrimizin genişlənməsi, əməkdaşlığımızın bütün sahələrdə dərinləşməsi yolunda qarşılıqlı addımlarımız bundan sonra da tərəfdaşlığımızın möhkəmlənməsinə xidmət edəcəkdir.

Belə bir əlamətdar gündə Sizə ən xoş arzularımı yetirir, dost Almaniya xalqına daim əmin-amanlıq və firavanlıq diləyirəm”.