İlham Əliyev SOCAR-ın binasının açılışında - Fotolar

ilham-eliyev-socar-in-binasinin-acilisinda
Oxunma sayı: 7857

Bu gün Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) yeni inzibati binasının açılışı olub.

Qafqazinfo”nun məlumatına görə, Azərbaycan prezidenti İlham Əliyev açılışda iştirak edib. Prezident binanın rəmzi açılışını bildirən lenti kəsib.

SOCAR-ın prezidenti Rövnəq Abdullayev dövlət başçısına binada yaradılan şərait barədə məlumat verib.

Bildirilib ki, hündürlüyü 200 metr olan bina 40 mərtəbədən ibarətdir. Binanın təməli 2010-cu il oktyabrın 12-də Azərbaycan Prezidentinin iştirakı ilə qoyulub. Burada işçilərin fəaliyyəti üçün hər cür şərait yaradılıb, bina ən müasir avadanlıqla təchiz edilib.

Sonda xatirə şəkli çəkdirilib.