İlham Əliyev Medvedyevə məktub göndərdi

ilham-eliyev-medvedyeve-mektub-gonderdi
Oxunma sayı: 641

“Qafqazinfo” Azərtaca istinadən xəbər verir ki, İ. Əliyev həmkarının doğum gününü təbrik edib: “Sizin rəhbərliyinizlə Rusiya dövlət və demokratiya təsisatlarının təkmilləşdirilməsi, iqtisadiyyatın və sosial sahənin modernləşdirilməsi yolu ilə inamla irəliləyir. Ölkənin beynəlxalq aləmdə nüfuzu artır. Azərbaycan ilə Rusiya arasında bu gün strateji tərəfdaşlıq xarakteri kəsb etmiş ənənəvi dostluq, mehriban qonşuluq münasibətlərinin inkişafına və möhkəmlənməsinə Siz sanballı töhfə vermisiniz. Sizin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüququn norma və prinsipləri əsasında tənzimlənməsinə yönəlmiş səyləriniz Azərbaycanda böyük razılıqla qarşılanır.

Əminəm ki, bizim dövlətlərarası münasibətlərimiz, çoxşaxəli əməkdaşlığımız xalqlarımızın rifahı naminə, Qafqazda sülh, sabitlik və təhlükəsizlik naminə bundan sonra da uğurla inkişaf edəcək və genişlənəcəkdir.

Mən bizim aramızda yaranmış, qarşılıqlı hörmətə və etimada əsaslanan şəxsi münasibətləri yüksək qiymətləndirirəm.

Əziz Dmitri Anatolyeviç, Sizə və bütün ailənizə möhkəm cansağlığı, firavanlıq və uğurlar diləyirəm”.